Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-08,
Seanews
Heyder Eliyev

zərdə üzən tankerlərlə ildə 8 milyon tona yaxın yük daşı

Xəzər dənizində üzən tankerlərlə ildə 8 milyon tona yaxın yük daşınır. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Strateji İnkişaf və İnvestisiya Layihələri Departamentinin rəisi Tariyel Mirzəyev “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” III Beynəlxalq Forumunda deyib. O bildirib ki, hazırda Xəzər dənizində 55 tanker var. Bu tankerlərlə ümumilikdə il ərzində 8 milyon ton yük daşınır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC öz tankerlərini yeniləyir və yeni tankerlərin tikintisini sifariş edib. Hazırda “Bakı Gəmiqayırma Zavodu”nda gəmiçiliyə məxsus iki tankerin tikintisi davam edir. Bu tankerlərin 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulub. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır