Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

lən ilin I rübündə “Əşrəfi-Dan ulduzu-Aypara” sahəsində seysmik tədqiqata başlanması gözlən

“Equinor” (Norveç – keçmiş “Statoil”) şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Əşrəfi-Dan ulduzu-Aypara” sahəsində gələn ilin mart ayının ortalarında 2 və 3 Ölçülü seysmik tədqiqat işlərinə başlamağı planlaşdırır. bu barədə “Əşrəfi-Dan Ulduzu-Aypara” kəşfiyyat sahəsində 2 Ölçülü – 3 Ölçülü seysmik tədqiqat üçün Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədində qeyd edilib. “2 Ölçülü-3 Ölçülü seysmik tədqiqatın gəminin mövcudluğundan asılı olaraq 2019-cu ilin mart ayının ortalarında başlanacağı gözlənilir və tədqiqat işləri təxminən 42-45 gün çəkəcək. Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) uyğun olaraq “Statoil Azerbaijan” bu işlərin operatoru qismində çıxış edəcək və 2 Ölçülü-3 Ölçülü seysmik tədqiqatın planlaşdırılmasına və yerinə yetirilməsinə görə cavabdehlik daşıyacaq.  3 Ölçülü seysmik tədqiqat 500 km2,  2 Ölçülü seysmik tədqiqat  800 km2 sahəni əhatə edəcək”,-sənəddə qeyd edilib. Blokun kəşfiyyat sahəsi Bakıdan təxminən 50 kilometr şərqdə, Azərbaycanın sahil xəttindən (Abşeron yarımadası) təxminən 14 km şərqdə və Pirallahı adasından və Çilov adasından təxminən 7 km şərqdə suyun dərinliyi 20-225 m arasında dəyişən dəniz sahəsində yerləşir. Qeyd edək ki, bu il mayın 30-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” qrupunun bir hissəsi olan “Statoil Azerbaijan” şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş imzalanıb. HPBS çərçivəsində seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır