Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

"Reuters": “Rusiya nefti Asiyaya Çinə məxsus supertankerlərlə daşınır”

Avropa İttifaqı (Aİ) və G7 ölkələri Rusiyadan enerji daşıyıcılarının idxalına “qiymət tavanı” tətbiq etdikdən sonra Rusiyanın “Urals” markalı nefti Asiyaya Çinə məxsus supertankerlərlə daşınır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Qərbin sanksiyalarına baxmayaraq, Çin və Hindistan Rusiya neftini endirimli qiymətə almağa davam edir. Belə ki, Rusiya Hindistana nefti 12-15 dollarlıq endirimlə satır.

Xatırladaq ki, yanvarın 6-da “Urals” markalı neftin bir barelinin qiyməti 37,80 dollar, “Brent” neftinin qiyməti isə 78,57 dollar təşkil edib. “Bloomberg” agentliyi yazır ki, bununla da, Rusiya faktiki olaraq iki ən böyük alıcının – Çin və Hindistanın “girov"una çevrilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır