Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Azəri Mərkəzi Şərqi platformasının dayaq bloku ASCO-nun “STB-1” barjına yüklənib

“Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş Azəri-Mərkəzi-Şərqi (ACE) platformasının dayaq bloku dənizə yola salınması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənib.

Qurğunun barja yüklənməsi prosesi təhlükəsiz şəkildə yerinə yetirilib.

ACE platformasının dayaq blokunun çəkisi 16000 ton, hündürlüyü 153 metrdir. Bu qurğuya suvurma, neft ixracı və qaz ixracı üçün nəzərdə tutulmuş üç hasilat dik borusu daxildir.

Qeyd edək ki, Azəri-Mərkəzi-Şərqi layihəsində istismar olunması üçün ASCO-nun “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.

Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18000 tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır