Ələt-dəniz” yatağındakı özüllərə baxış keçir
“Ələt-dəniz” yatağındakı özüllərə baxış keçirilib. Bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, “Ələt-dəniz” yatağında çalışan neftçilərin əmək və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlərlə tanış olmaq, eləcə də mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə yataqdakı stasionar dəniz özüllərinə baxış keçirilib. Çatışmazlıqların həlli üçün müvafiq göstərişlər verilib, bildirilib ki, özüllərdə sağlam və təhlükəsiz əmək şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır