Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-07,
Seanews
Heyder Eliyev

Aleksandrupolisdə LNG terminalı istifadəyə verilib

“Gastrade” şirkəti 2024-cü il oktyabrın 1-də Aleksandrupolisdə (Yunanıstan) mayeləşdirilmiş təbii qaz (LNG) terminalını istismara verib.  

“Seanews.az” xəbər verir ki, bu terminal Avropa, regional, milli və yerli səviyyələrdə ən mühüm enerji layihələrindən biridir.

Layihəyə 2022-ci ilin fevralında start verildi və Sinqapurun “Seatrium” tərsanəsi LNG tankerini üzən LNG saxlama, qazlaşdırma və boşaltma sisteminə çevirmək üçün işə başladı. 2024-cü ilin yayında sınaqları başa çatdıqdan sonra layihə istismara hazır vəziyyətə gətirildi.

Üzən FSRU sisteminin yenidən qazlaşdırma qabiliyyəti ildə 5,5 milyard kubmetrdir. Aleksandrupolis terminalı həmçinin FSRU gəmisini Yunanıstanın Milli Təbii Qaz Nəqliyyatı Sisteminə (NGTS) birləşdirən sualtı və quru qaz kəmərindən ibarətdir. Onunla Yunanıstan, Bolqarıstan, Rumıniya, Şimali Makedoniya, Serbiya, Moldova, Ukrayna, Macarıstan və Slovakiyaya təbii qaz tədarük edəcək. 14 Yunanıstan və beynəlxalq qaz şirkəti ən azı 2030-cu ilə qədər terminalın demək olar ki, bütün tutumunu sifariş edib.

LNG terminalının səhmlərinin sahibləri Yunanıstanın “Gaslog” və Bolqarıstanın “Bulgartransgaz” şirkətləri, həmçinin Yunanıstanın ən böyük qaz təchizatçısı “DEPA” və qaz şəbəkəsi operatoru “DESFA”-dır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır