Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-13,
Seanews
Heyder Eliyev

“Equinor” FPSO gəmisini Barents dənizində neft yatağında yerləşdirir

“Johan Castberg” neft yatağının işlənməsi layihəsinin operatoru olan “Equinor Energy” şirkəti Barents dənizində hasilat, saxlama və boşaltma (FPSO) gəmisini yerləşdirib.

“Seanews.az” “Equinor”-un mətbuat xidmətinə istinadən xəbər verir ki, gəmi lövbər saldıqdan sonra bu ilin sonunadək istehsala başlamaq üçün boru kəməri infrastrukturuna qoşulacaq.

“Yohan Castberq” yatağı Hammerfestdən 240 km şimal-qərbdə və “Snohvit” yatağından 100 km məsafədə yerləşir. Dərinliyi 370 metr, çıxarıla bilən ehtiyatları 450-650 milyon barel olan yatağın sənaye istismarı müddəti 30 ildir. Yatağın işlənməsi 10 sualtı modul üzrə paylanmış 30 quyunun və FPSO-ya qoşulacaq iki peyk quyusunun istismarını əhatə edir. Hazırda bu quyulardan 13-ü qazılıb və qazma əməliyyatları 2026-cı ilə qədər davam edəcək.

Sahəyə Hammerfestdə təchizat və helikopter bazası xidmət göstərəcək. Əməliyyat təşkilatı Harstadda yerləşəcək.

Layihənin operatoru 50% payla “Equinor Energy” şirkəti, tərəfdaşları “Var Energi” (30%) və “Petoro”-dur (20%).

Uzunluğu 313 metr, eni 55 metr, hündürlüyü 120 metr olan FPSO-nun layihə gücü 1,1 milyon barel neftdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır