Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş neft (LPG) tankerlərində iki yanacaqlı ammonyak mühərrikləri quraşdırılacaq

Cənubi Koreyanın “HD Hyundai Group”-un əsas müəssisəsi olan “HD Korea Shipbuilding & Offshore Engineering Co.” (“HD KSOE”) gəmiqayırma şirkəti gəmi yanacağı kimi ammonyakdan istifadə edəcək iki orta ölçülü LNG daşıyıcısı tikmək üçün sifariş alıb.

“Seanews.az” xəbər verir ki, “HD KSOE” 45 min kubmetr tutumu olan mayeləşdirilmiş neft (LPG) tankerlərində iki yanacaqlı ammonyak mühərrikləri quraşdıracaq. İki gəminin tikintisi üçün sifarişi Belçika gəmiçilik şirkəti “Exmar” verib.

Qaz tankerlərinin tikintisi “HD KSOE”-ya daxil olan “Hyundai Mipo Dockyard Co”-ya həvalə olunub. Uzunluğu 190 metr və eni 30,4 metr olan gəmilərin 2026-cı ilin may ayına qədər sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Layihəyə əsasən, tankerlər təkcə ammonyakla deyil, həm də digər yanacaq növləri, o cümlədən LPG ilə işləyə biləcək. Gəmiqayırma qrupu açıqlamasında belə ammonyakla işləyən gəmilərin dünya gəmiqayırma zavodlarında hələ tikilmədiyini açıqlayıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır