Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Ceyhan terminalından indiyədək 4,435 min tanker yola salınıb

2020-ci ilin əvvəlindən Ceyhan terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan 40 milyon 893,915 min barel neft göndərilib.

Bu barədə “BOTAS International Limited Company”dən məlumat verilib.

Bildirilib ki, BTC neft kəmərinin istismara verildiyi 2006-ci ildən bəri Ceyhan terminalından dünya bazarlarına 3 milyard 401 milyon 142,138 min barel neft göndərilib.

Cari ilin yanvar-fevral aylarında Ceyhan terminalından BTC ilə nəql olunmuş 54 neft tankeri yola salınıb. Terminalın istismara verildiyi dövrdən bəri 4,435 min tanker göndərilib.

Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.

İnterfaks-Azərbaycan


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır