Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

Qərbi Abşeron” üçün yeni platforma tik

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağında “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında yeni 54 nömrəli stasionar dəniz platformasının tikintisini uğurla başa çatdırıb. Şirkətin mətbuat xidmətindən  bildirilib ki, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 3 min 480 kvadrat metr, çəkisi isə 2 min 110 tondur. İstehsalat və yaşayış sahələrindən ibarət platforma 9 dayaq bloku üzərində yığılıb, ətraf mühitin və əməyin mühafizəsi üzrə bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib. Dörd minik və 7 yanalma meydançası, kabel xidmət meydançası, yaşayış bloku, 9 aralıq seksiyası, 2 piyada körpüsü, eləcə də çirkab suları üçün 9 müxtəlif tutumlu çən, 4 lafet doru, 2 boruyığma meydançası və digər zəruri avadanlıqlar quraşdırılıb, svaylar vurularaq sementlənib. Qaynaq və bərkitmə işləri başa çatdırılıb, platforma yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilib. Qeyd edək ki, dənizin 13,5 metr dərinliyində yerləşən platformada qazılacaq quyuların hər birindən sutkada 10-20 ton neft hasil ediləcəyi proqnozlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır