Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Şahdəniz-2” yatağında inkişaf etdirilən texnologiya Meksika körfəzində istifadə olun

“Şahdəniz-2” yatağından qaz çıxarmaq üçün Azərbaycanda inkişaf etdirilən texnologiya başqa yerdə, o cümlədən Meksika körfəzində karbohidrogen əldə etmək üçün istifadə olunacaq. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta V Frankfurt Qaz Forumunda çıxışında deyib. R.Sekuta bildirib ki, “Şahdəniz-2” qaz yatağının kəşfi və inkişafı Azərbaycanı yenidən Avropaya və dolayısı ilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyə çevirir.  “Şahdəniz – 2” qazının Cənub Qaz Dəhlizi Layihəsi üçün əsas mənbə olduğunu vurğulayan səfir qeyd edib ki, 40 milyard dollardan çox büdcə və altı ölkədən keçən, dəniz səviyyəsindən 2500 metrə qədər yüksəkliyə qədər gedən 3500 kilometrlik boru kəməri ilə Cənub Qaz Dəhlizi Layihəsi, enerji təhlükəsizliyini qlobal şəkildə artırmaqla Avropada milyonlarla yeni təbii qaz mənbələri təmin edir: “Layihə bu gün dünyada həyata keçirilən ən böyük kapital layihələrindən biridir. Bu layihə ABŞ və digər milli hökumətləri, eləcə də Avropa İttifaqını bir araya gətirir. ARDNŞ və BP layihənin hər bir hissəsində səhmdarlar kimi iştirak edirlər”. R.Sekuta bildirib ki, texniki və geosiyasi problemlərə baxmayaraq, layihə müvəffəqiyyətlə davam etdirilir: ” Dörd əsas komponentə nəzər saldıqda, nəhəng “Şahdəniz – 2″ qaz yatağı layihəsinin 97%-i tamamlanıb. Bakının cənubundakı böyük Səngəçal terminalının genişləndirilməsi ilə bağlı işlərin 99,8%-i başa çatdırılıb və Azərbaycan və Gürcüstan ərazisindən keçən boru kəmərinin tikintisi ilə bağlı işlərin 98% başa çatdırılıb.  TANAP-ın tikintisi ilə bağlı işlərin 93%-i başa çatdırılıb və Cənub Qaz Dəhlizi layihəsinin dördüncü komponenti olan və ilk olaraq İtaliyaya 10 milyard kubmetr qaz daşınacaq Trans Adriatik Boru Kəməri TAP üzrə həyata keçirilən işlərin 57%-i başa çatdırılıb. Şirkətlərin məruzəsinə əsasən, Gürcüstanda və Türkiyədə olan müştərilərə ilk təbii qazın CQBK və TANAP vasitəsilə 2018-ci ildə, təbii qazın İtaliyaya isə 2020-ci ildə TAP vasitəsilə nəqli planlaşdırılır”. R.Sekuta vurğulayıb ki, tezliklə “Şahdəniz-2” qaz yatağının istifadəyə verilməsi və 2018-ci ildə ilk qazın təmin edilməsi ilə regional və qlobal enerji təhlükəsizliyini möhkəmləndirəcək mühüm bir uğur ərəfəsindəyik. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır