Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-22,
Seanews
Heyder Eliyev

Türkiyə Aralıq dənizindəki yataqda qaz kəşfiyyatına başlayır

“Abdülhəmid Han” qazma gəmisi Aralıq dənizində kəşfiyyat işlərinə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz tviter səhifəsində bildirib.

“Bizim gəmimiz “Abdülhəmid Han” Yörüklər-1 yatağında kəşfiyyat işlərinə başlayıb”, - nazir yazıb.

Avqustun 9-da Türkiyənin yeni qazma gəmisi Aralıq dənizinin Mersin limanından yola düşüb. 238 metrlik “Abdülhəmid Han” dördüncü türk qazma gəmisi ən müasir avadanlıqla təchiz edilib, 12 km-dən çox dərinlikdə zondlama işləri aparmağa qadirdir. Gəminin ekipajı təxminən 200 nəfərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır