Qdanskda üçüncü konteyner terminalının tikintisinə başlanılıb
Qdansk limanında üçüncü dərin dəniz konteyner terminalı T3-ün tikintisinə başlanılıb.
“Seanews.az”ın məlumatına görə, “Baltic Hub” adlandırılan (əvvəlki adı “DCT Gdańsk”) layihəyə ümumilikdə 450 milyon avro vəsait qoyulacaq.
Ümumi sahəsi 36,5 hektar olacaq terminalın birinci mərhələsinin 2024-cü ilin birinci yarısında başa çatdırılması planlaşdırılır.
2025-ci ilin ikinci rübünə layihə tam başa çatdırılandan sonra isə yeni terminalın yanalma körpüsünün uzunluğu 717 metr, körpülərdə suyun dərinliyi 17,5 metr olacaq.
“Baltic Hub”-ün illik ötürmə qabiliyyətinin 4,5 milyon TEU-ya çatdırılması nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır