Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

Dəniz mühəndisliyi şirkəti və gəmiqayırma qrupunın birləşməsinə prinsipcə razılıq verilib

Sinqapur Birjası (SGX) “Sembcorp Marine” (“Sembmarine”) dəniz mühəndisliyi şirkəti və “Keppel Offshore & Marine” (“Keppel O&M”) gəmiqayırma qrupunın birləşməsinə prinsipcə razılaşıb.

“Seanews.az”-ın məlumatına görə,bu barədə “Seatrade Maritime” yazır.

 “Sembmarine” şirkətinə “Keppel O&M” şirkətinin buraxılmış və ödənilmiş nizamnamə kapitalını əldə etmək icazəsi verilib.

Keçən ilin oktyabrında elan edilmişdi ki, biznesin yenidən qurulması “Sembmarine” tərəfindən “Keppel O&M”-nin alınması yolu ilə həyata keçiriləcək və “Sembmarine” həm mövcud biznesinə, həm də “Keppel”-in ofşor və dəniz bizneslərinə sahib olan "birləşmiş şirkət" halına gələcək və əvvəllər məhkəmənin razılığı tələb olunan səhmlərin qeydiyyatı prosesini sadələşdirəcək.

Sinqapurun iki əsas gəmiqayırma qrupu üçün birləşmə təklifi ilk dəfə 2021-ci ilin ortalarında elan edilib, birləşmə planı 2022-ci ilin aprelində razılaşdırılıb və yenidən işlənmiş şərtlər eyni ilin oktyabrında elan edilib. “Seatrade Maritime” nəşri yazır ki, oktyabr ayında “Keppel” müqaviləni 2022-ci ilin sonuna qədər bağlamağa ümid etdiyini söyləmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır