Gəmi Təmiri Zavodu müflisləşib
Rostov vilayətinin Arbitraj Məhkəməsi "Taqanroq Gəmi Təmiri Zavodu" ASC-ni müflis elan edib.
“Seanews.az” xəbər verir ki, borcluya qarşı müvafiq prosedur başlayıb.
Məhkəmə qərarında "Taqanroq Gəmi Təmiri Zavodu" ASC-nin ümumi borcunun 272,6 milyon rubl təşkil etdiyi bildirilir.
Son illərdə müəssisədə gəmi təmiri işləri ixtisar edilmiş, zavoddan su nəqliyyatı üçün taxılın yüklənməsi terminalı kimi istifadə edilmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır