Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-21,
Seanews
Heyder Eliyev

Avstraliya ABŞ-dan dörd nüvə sualtı qayığı almağı planlaşdırır

Avstraliya ABŞ-dan azı dörd Virciniya sinifli nüvə sualtı qayığı almağı planlaşdırır.

AZƏRTAC CNN kanalına istinadla xəbər verir ki, sualtı qayıqların tədarükü 2030-cu illərdə mümkün olacaq.

Avstraliya həm də Amerika komponentlərini özündə birləşdirə biləcək yeni sinif nüvə sualtı qayıqlarının hazırlanması üçün Böyük Britaniya ilə birgə işləyəcək.

ABŞ Prezidenti Cozef Bayden martın 13-də San-Dieqoda Avstraliyanın Baş naziri Entoni Albanese və Böyük Britaniyanın Baş naziri Rişi Sunakı qəbul edəcək.

Görüşdə tərəfdaşlıqda növbəti addımları müzakirə edəcəkləri gözlənilir.

Daha əvvəl “The Guardian” qəzeti Böyük Britaniyanın Avstraliya üçün nüvə sualtı qayığı müqaviləsinin təfərrüatlarını gələn həftənin əvvəlində açıqlaya biləcəyini yazıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır