Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Dünyada konteyner istehsalı 71% azalıb

Dünyada ticarət həcminin azalması səbəbindən konteyner istehsalına tələbat 71% azalıb.

Bu barədə “Drewry” analitik agentliyinə istinadən “Financial Times” yazıb.

Sənaye standartına uyğun 20 futluq konteynerlərin istehsalı cari ilin birinci rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,06 milyondan 306 minə düşüb. Tələbin azalması aparıcı istehsalçılara ağır zərbə vurub. Belə ki, Çinin “China International Marine Containers” (“China International Marine Containers”) şirkətinin birinci rüb üzrə mənfəəti birdən-birə 91% azalaraq 160 milyon yuana (23 milyon dollar) düşüb. Digər Çin nəhəngi “COSCO Shipping Development” (“Cosco Shipping Development”) şirkətinin ilin eyni dövrü üçün gəlirləri 71% azalaraq 398 milyon yuan (56 milyon dollar) olub.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) iqtisadçıları hesab edirlər ki, bu il qlobal ixrac artımı yavaşlayacaq və konteynerlərə tələbat zəif olaraq qalacaq. Onların proqnozuna görə, 2023-cü ildə dünya ticarətinin həcmi əvvəlki ildəki 2,7% artımla müqayisədə cəmi 1,7% artmalıdır.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır