Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-09-26,
Seanews
Heyder Eliyev

Baltik Limanları Təşkilatının üzvləri iqlim bəyannaməsi imzalayıblar

Baltik Limanları Təşkilatının (“Baltic Port Organization”, BPO) üzvləri təşkilatın İstadda (İsveç) keçirilən konfransında iqlim bəyannaməsi imzalayıblar.

“Seanews.az” xəbər verir ki, BPO üzvləri liman əməliyyatları nəticəsində yaranan istixana qazı emissiyalarını azaltmaq, ətraf mühit haqqında məlumatlılığı artırmaq və iqlimi qorumaq üçün biznes tərəfdaşları və geniş spektrli maraqlı tərəflərlə çox çalışmağı öhdələrinə götürüblər.

Baltik Limanları Təşkilatı cəlb olunmuş tərəfdaşlarla fəal əməkdaşlıq edərək öz üzvlərini dəstəkləyən regional limanların birliyidir. BPO-nun məqsədi limanlar arasında əməkdaşlığı təşviq etmək və Baltik dənizi regionunda gəmiçilik imkanlarına nəzarət etmək və təkmilləşdirməkdir.

Təşkilata Danimarka, Estoniya, Finlandiya, Almaniya, Latviya, Litva, Polşa və İsveçdəki limanlar daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır