Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-17,
Seanews
Heyder Eliyev

“EMDEN” avtomobildaşıyanı iki yanacaqlı mühərriklə təchiz edilib və LNG ilə işləyə bilir

Cənubi Quanqdun əyalətindəki (ÇXR) terminalda avtomobildaşıyan gəmi Norveçin “SFL Corporation Ltd” gəmiçilik şirkətinə təhvil verilib.

“Seanews.az” xəbər verir ki, avtomobildaşıyan iki yanacaqlı mühərriklə təchiz edilib və LNG ilə işləmək qabiliyyətinə malikdir.

“EMDEN” gəmisi “Guangzhou Shipyard International Company Limited” və “China Shipbuilding Trading Co., Ltd”-nin tərsanələrində inşa edilib.

Uzunluğu 200 metr, eni 38 metr olan “EMDEN”-in sürəti 19 düyündür.

13 göyərtəli gəmi 7 min avtomobil daşıyacaq. İki göyərtə hidrogenlə işləyən avtomobilləri yerləşdirmək üçün ayrılmışdır.

Qeyd edək ki, son iki ildə avtomobillərin daşınması üçün gəmilərə sifarişlər kəskin artıb. Bu, qismən avtomobillərə olan tələbat və mövcud parkın yük tutumunun kifayət etməməsi və qismən də köhnə avtomobil daşıyıcılarının cari emissiya tələblərinə cavab verə bilməməsi ilə bağlıdır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır