Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-08,
Seanews
Heyder Eliyev

Skandinaviya ölkələri Baltik dənizində patrul sayını artırır

Birgə Ekspedisiya Qüvvələrinə daxil olan ölkələrin müdafiə nazirləri Şimal və Baltik dənizlərində patrulların gücləndirilməsi ilə bağlı birgə qərar qəbul edib. Bu məqsədlə azı 20 gəmidən istifadə olunacaq.

APA-nın SVT-yə istinadən verdiyi məlumata görə, bunu İsveçin müdafiə naziri Pol Conson deyib.

"Biz dəniz müşahidəsindən danışırıq, təhlükəsizlik vəziyyətini nəzərə almaq və su altında kritik infrastrukturu daha yaxşı qorumaq üçün Baltik dənizində, eləcə də Şimali Atlantikanın bəzi hissələrində 20-yə yaxın döyüş gəmisi fəaliyyət göstərəcək" – Conson vurğulayıb.

O, həmçinin qeyd edib ki, Birgə Ekspedisiya Qüvvələri əvvəllər belə əməliyyat tədbirləri ilə bağlı qərar qəbul etməyib, hazırkı isə NATO ilə sıx məsləhətləşmələr əsasında baş tutub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır