Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Avropa limanlarının hamısı Avropa Limanlar Alyansına daxil edilməyib

Avropanın xarici iştiraklı limanları Avropa Limanlar Alyansının (EPA) üzvləri siyahısına daxil edilməyib. Xüsusilə Yunanıstanın ən böyük Pirey limanı təşkilata dəvət edilməyib, çünki onun səhmlərinin əhəmiyyətli bir hissəsi Çinin gəmiçilik şirkəti “COSCO”-ya məxsusdur.

“Seanews.az” xəbər verir ki, dəvət olunanların siyahısında ümumilikdə 26 liman var. Siyahı limanların ölçüsünə əsasən, həmçinin Avropa İttifaqı (Aİ) daxilində coğrafi tarazlığı qorumaq üçün tərtib edilib.

Avropa Limanlar Alyansı 2024-cü ilin yanvarında Avropa Komissiyası tərəfindən Aİ Şurasında Belçikanın sədrliyi ilə birgə yaradılmışdır. Tərəfdaşlığın məqsədi limanları qorumaq üçün həllərin hazırlanmasında maraqlı tərəfləri bir araya gətirməkdir. Təşkilat Aİ gömrüyünə konteynerləri skan etmək və idxalı daha səmərəli yoxlamaqda kömək edəcək avadanlıqların tədarükünü maliyyələşdirmək üçün 200 milyon avro ayıracaq; dövlət-özəl tərəfdaşlıq vasitəsilə limanlarda logistikanı, məlumatı, personalı və prosesləri qorumaq üçün liman rəhbərlərinə və gəmiçilik şirkətlərinə dəstək verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır