Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Türkiyənin konteyner xətti ABŞ bazarına daxil olur

Türkiyənin “Arkas Line” konteyner xətti xidmətlərinin coğrafiyasını genişləndirir və ABŞ bazarına daxil olur.

“Seanews.az” bu barədə "Splash"a istinadən xəbər verir.

Xüsusilə, “Arkas Line” daha bir Türkiyə daşıyıcısı “Turkon” və Almaniyanın “Hapag-Lloyd - United States Express” (“USX”) birgə xidmətinə qoşulur. “Arkas”, bu xidməti həftəlik edəcək və xidmətə 2,8 min TEU tutumlu "Sine A" konteyner gəmisini buraxacaq. Ümumilikdə “USX”-ə yeddi konteyner gəmisi xidmət göstərəcək.

Arkas Line” hazırda 35 konteyner gəmisini idarə edir və ən böyük konteyner daşıyıcıları reytinqində 30-cu gəmiçilik xəttdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır