Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-10,
Seanews
Heyder Eliyev

Belçika şirkəti “CMB.TECH”-in səhmlərini alıb

Belçikanın “Euronav NV” şirkəti “CMB NV”-dən “CMB.TECH”-in səhmlərinin 100%-ni almaq üzrə əməliyyatı başa çatdırıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “Euronav”-ın mətbuat xidməti məlumat yayıb.

Əməliyyatın məbləği (nağd) 1,15 milyard dollardır.

“CMB.TECH” şirkəti gəmilərin layihələndirilməsi, sifarişi və idarə edilməsi ilə məşğul olur. Şirkət həmçinin özünün istehsal etdiyi və ya üçüncü tərəf istehsalçılarından aldığı hidrogen və ammonyak yanacağını da satır.

Qərargahı Antverpendə yerləşən “Euronav” neft və neft məhsullarının daşınması və saxlanması ilə məşğul olan ən böyük müstəqil şirkətlərdən biridir. “Euronav”-ın donanması bir “V-Plus” gəmisindən, 41 “VLCC” tankerindən (biri hazırda tikilməkdədir), 22 “Suezmax” gəmisindən (dördü tikilməkdədir) və iki “FSO”-dan ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır