Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Rusiyanın 12 yük və tədqiqat gəmisi ABŞ-nin sanksiyasına məruz qalıb

Rusiyanın 12 yük və tədqiqat gəmisi ABŞ-nin sanksiyasına məruz qalıb.

“Seanews.az” xəbər verir ki, siyahıya  “Akademik Aleksandr Karpinski”, “Akademik Lazarev”, “Akademik Nemçinov”, “Akademik Primakov”, “Gelencik”, “Professor Lobaçov”, “Professor Ryabinkin” və “Yuzmorgeologiya” tədqiqat gəmiləri daxil edilib. Bundan əlavə, “Skif-V”, “Alireza-1”, “Baltiysky-111” yük gəmiləri və “Bavenit”  üzən qazma qurğusu da siyahıya daxil edilib.

Sanksiyalar siyahısına daxil edilməsi ABŞ-dəki aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin onlarla hər hansı iş görməsinin qadağan edilməsi deməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır