Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-22,
Seanews
Heyder Eliyev

Çin şirkəti Türkmənistanın gəmiqayırma bazarına daxil olur

Türkmənistanın “Balkan” gəmiqayırma və gəmi təmiri zavodu ilə Çinin “Weichai Holding Co Ltd.” şirkətinin nümayəndələri arasında görüş olub.

"Seanews.az" xəbər verir ki, görüş zamanı tərəflər Türkmənistan Milli Ticarət Donanmasının “S. Niyazov” quru yük gəmisi üçün zəruri avadanlıq və ehtiyat hissələrinin alınması ilə bağlı konkret məsələləri müzakirə ediblər.

O cümlədən, “S. Niyazov” quru yük gəmisi üçün tələb olunan əsas mühərrik və dizel generatorlarının texniki göstəriciləri və çertyojları qarşı tərəfə təqdim edilib. Zavod nümayəndələri onu da vurğulayıblar ki, bu quru yük gəmisi üçün alınan avadanlıqlar beynəlxalq təsnifat cəmiyyətlərinin tələblərinə uyğun sertifikatlaşdırılmalıdır.

Görüşün sonunda şirkət tərəfindən “Balkan” gəmiqayırma və gəmi təmiri zavodunun təkliflərinə baxılacağı bildirilib və ikitərəfli əməkdaşlığına əminlik ifadə olunub.

1946-cı ildə qurulan “Weichai Holding Co. Ltd” Çin Xalq Respublikasının avtomobillər, tikinti və kənd təsərrüfatı avadanlıqları, dəniz gəmiləri (əsasən dizel mühərrikləri və sürət qutuları) üçün komponentlər və ehtiyat hissələrinin layihələndirilməsi və istehsalı ilə məşğul olan dövlət holdinq qrupudur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır