Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

35 Somali qulduru əməllərinə görə cavab verəcək

2023-cü ilin dekabrında Malta bayrağı altında üzən “MV Ruen” gəmisini heyətlə ələ keçirməkdə ittiham olunan 35 nəfər Hindistanın “Kolkata” esminesi ilə Mumbaya (Hindistan) çatdırılıb.

“Seanews.az” xəbər verir ki, 17 girovu olan gəmi Hindistan xüsusi təyinatlıları tərəfindən 2024-cü il martın 17-də Somali sahillərindən 480 km aralıda azad edilib.

Əvvəllər Somali quldurları sadəcə tərksilah edilir və dənizdə qalırdılar. 10 ildən artıq müddətdə ilk dəfədir ki, onlar mühakimə üçün gətirilir. Hindistan qanunlarına görə, müttəhimlər qətl və ya adam öldürməyə cəhddə təqsirli bilinərsə, ölüm cəzasına və ya piratlığa görə, ömürlük həbsə məhkum edilə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır