Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

“CMA CGM” Qırmızı dənizdə konteyner xəttini işə salır

“CMA CGM” aprel ayında Qırmızı dəniz bölgəsində “North Red Sea Express” (“NRX”) xidmətini işə salmaq üçün Səudiyyə Ərəbistanında yeni müstəqil fider və kabotaj daşıma operatoru “Folk Maritime” ilə əməkdaşlıq edir.

“Seanews.az” xəbər verir ki, “North Red Sea Express” xətti Ciddə limanını Qırmızı dənizin şimalındakı Misirin Soxna, İordaniyanın Əkəbə və Səudiyyə Ərəbistanının Yanbu limanları ilə birləşdirəcək.

"Bu, Səudiyyə Ərəbistanının beynəlxalq logistika mərkəzi kimi artan strateji mövqeyini gücləndirəcək”, - deyə “CMA CGM”-in bəyanatında bildirilir.

Həftəlik xidmət iki konteyner gəmisini əhatə edəcək. “NRX” çərçivəsində yüklərin daşınması iki terminalda – “Red Sea Gate” (“RSGT”) və “DP World Jeddah”-də (“DPW Jeddah”) həyata keçiriləcək.

Gəmi ilk səfərinə aprelin 9-da Ciddə limanından yola düşəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır