Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-22,
Seanews
Heyder Eliyev

“Adani Ports” Hindistanın Qopalpur limanının 95%-ni 162 milyon dollara alacaq

Adani Limanları və Xüsusi İqtisadi Bölgəsi (“Adani Ports and Special Economic Zone”, “APSEZ”) Qopalpur (“Odisha's Gopalpur Port”, “GPL”) limanında 95% payı 162 milyon dollara alacaq. Müəssisə dəyərinə əlavə olaraq, müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə 5,5 ildən sonra ödəniləcək kompensasiya da var.

“Seanews.az” xəbər verir ki, Qopalpur limanındakı payın 56%-i daşınmaz əmlak konqlomeratı “Shapoorji Pallonji Group” (“SP Group”), 39%-i “Orissa Stevedores”-dən alınacaq.

Qopalpur limanı Hindistanın şərq sahilində yerləşir və dəmir filizi, kömür, əhəngdaşı, ilmenit və alüminium oksidi də daxil olmaqla ildə təxminən 20 milyon ton yük aşıra bilir. GPL 2024-cü maliyyə ilində təxminən 11,3 milyon ton yük aşırmağı planlaşdırır.

Qeyd edək ki, milyarder Gautam Adaninin sahibi olduğu “APSEZ” Hindistanın qərb və şərq sahillərində 12 liman və terminalı idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır