Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-22,
Seanews
Heyder Eliyev

Pirey limanı Avropanın əsas limanları siyahısında dördüncü yerini möhkəmləndirib

Yunanıstanın Pirey limanının üç konteyner terminalının ümumi yük dövriyyəsi 2023-cü ildə əvvəlki illə müqayisədə 2% artaraq 5,1 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, bu, limanın Avropanın əsas limanları siyahısında dördüncü yerini möhkəmləndirib.

Sərnişin daşınması il ərzində 68,6% artaraq 1,48 milyon nəfərə çatıb. Kruiz gəmilərinin limana səfərlərinin sayı 12,4% artaraq 761 olub.

Hesabat dövründə idxal olunan avtomobillərə daxili bazarda tələbatın artmasına baxmayaraq, Ro-Ro seqmentində yüklərin aşırılması 30,0% azalaraq 163,9 min vahid təşkil edib (idxal edilmiş avtomobillərin qeydiyyatının sayı 31,4% artaraq 153,4 min vahid təşkil edib ki, bu da proqnozlaşdırılan rəqəmlərdən yüksəkdir).

Kabotaj xətləri ilə sərnişinlərin və avtomobillərin daşınması turist axınının əhəmiyyətli dərəcədə yaxşılaşması hesabına artıb: ümumi sərnişin daşınması 7,9% artaraq 16,1 milyon nəfərə, minik avtomobillərinin daşınması 3,8% artaraq 2,8 milyon vahidə çatıb.

Liman idarəsinin məlumatına görə, 2023-cü maliyyə ilində Pirey limanının ümumi gəliri 12,9% artaraq 219,8 milyon avro təşkil edib.

Xatırladaq ki, xarici investorlar tərəfindən özəlləşdirilən ilk Yunanıstan limanları Pirey və Saloniki olub. İndi Pirey limanı Çinin “COSCO” qrupu tərəfindən idarə olunur. Saloniki limanı isə rostovlu iş adamı İvan Savvidiyə məxsus “Deutsche Invest Equity Partners”, “Terminal Link SAS” və “Belterra Investments” şirkətlərinin daxil olduğu investisiya konsorsiumu tərəfindən alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır