Mozambikdə balıqçı gəmisi aşıb, 91 nəfər ölüb
Mozambikin şimal sahillərində, Nampula əyalətində balıqçı gəmisi aşıb, 91 nəfər ölüb.
"Seanews.az" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanlı məlumat yayıb.
Həddindən artıq sərnişinlə dolu olan gəmi adaya yaxınlaşarkən batıb. Gəmidə 130-a yaxın insanın olduğu vurğulanıb.
Digər insanların taleyi barədə məlumat verilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır