Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

Qırmızı dəniz böhranının yaratdığı bir neçə həftəlik gərginlikdən sonra müəyyən sabitlik yaranıb

Qırmızı dəniz böhranının yaratdığı bir neçə həftəlik gərginlikdən sonra müəyyən sabitlik yaranıb və Afrika ətrafındakı marşrutlar indi normal iş rejiminə qayıdır.

“Seanews.az” “Sea-Intelligence”-ə istinadən xəbər verir ki, cari ilin fevral ayında əvvəlki ayla müqayisədə konteynerlərin marşrut qrafiklərinə əməl etmə indeksi 1,7 faiz artıb.

Bununla yanaşı, fevralda əvvəlki ayla müqayisədə orta gecikmə müddəti 0,71 gün artaraq 5,46 günə çatıb ki, bu da böhrandan əvvəlki səviyyəyə uyğundur. Bununla belə, ötən ilin fevral ayı ilə müqayisədə gecikmələr 0,17 gün azalıb.

“Hapag-Lloyd” bu ilin fevral ayında 54,9%-lə cədvələ uyğunluq baxımından ən etibarlı xətti gəmiçilik şirkəti olub. “Hapag-Lloyd”-u müvafiq olaraq 51.9% və 51.8% cədvələ uyğunluq indeksi ilə “ONE” və “CMA CGM” şirkətləri izləyir.

“PIL” gəmiçilik şirkəti 45,3% ilə ən aşağı uyğunluq dərəcəsinə malikdir.

Ümumilikdə, 13 ən böyük xəttdən 7-si fevral ayında cədvələ uyğunluğu yaxşılaşdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır