Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

Təmir işləri Panama kanalının ötürmə qabiliyyətini artırmağa imkan verəcək

Panama kanalının şlüz sistemlərindən birində mayda planlaşdırılan təmir işləri iyundan başlayaraq ötürmə qabiliyyətini gündəlik 24-dən 32 gəmiyə qədər artırmağa imkan verəcək.

“Seanews.az” Panama Kanalı Administrasiyasına istinadən xəbər verir ki, təmir işləri mayın 7-dən mayın 15-dək Atlantik okeanına çıxışda yerləşən Qatun şlüz sistemində aparılacaq. Təmir müddətində kanalın tutumunun bir qədər azalacağı, lakin mayın ikinci yarısında yenidən artacağı gözlənilir.

Təmir işlərinin görülməsi barədə qərar mövcud vəziyyətin təhlilindən sonra və ötən il hazırlanmış sudan rasional istifadə üzrə tədbirlərin həyata keçirilməsi fonunda qəbul edilib.

Kanalın optimal buraxılış qabiliyyəti gündə 35-36 gəmi təşkil edir. Güclü yağışla bağlı proqnozlar özünü doğrultsa, nəqliyyat dəhlizi 2025-ci ilə qədər tədricən normal səviyyəyə qayıda biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır