Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd”-un mənfəəti 6 dəfə azalıb

2024-cü ilin yanvar-mart aylarında “Hapag-Lloyd” qrupunun mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə - 2 milyard dollardan 325 milyon dollaradək azalıb.

“Seanews.az” xəbər verir ki, hesabat dövründə gəmiçilik şirkətinin konteyner daşımaları 6,8% artaraq 3 milyon TEU-ya yüksəlib. Nəqliyyat xərcləri 2023-cü ilin birinci rübü səviyyəsində (3,3 milyard dollar) qalıb. Gəlir 4,6 milyard dollara qədər azalıb, bu, ilk növbədə orta yükdaşıma tariflərinin hər TEU üçün 1,359 dollaradək (2023-cü ilin birinci rübündə TEU üçün 1,999 dollardan) azalması ilə əlaqədardır.

Qrupun Terminallar və İnfrastruktur bölməsi rübü 35 milyon ABŞ dolları əməliyyat mənfəəti ilə başa vurub. Hesabatda bu çox da böyük olmayan göstərici yeni bölmənin yalnız 2023-cü ilin ikinci yarısında yaradılması və formalaşması mərhələsində olması ilə izah edir.

Qeyd edək ki, “Hapag-Lloyd” transatlantik, Yaxın Şərq, Latın Amerikası və Şimali Amerika konteyner xətləri ilə yük daşıyan ən böyük gəmiçilik şirkətlərindən biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır