Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

“AD Ports” və tərəfdaşları Misirdə yaşıl metanol istehsalı müəssisəsi inşa edəcəklər

BƏƏ-də yerləşən logistika və liman operatoru “AD Ports Group” Mağrib, Yaxın Şərq ölkələrində xətti konteyner daşıyıcısı və terminal operatoru “Transmar” və infrastruktur tikintisi layihəsinin podratçısı “Orascom Construction” yaşıl metanolun saxlanması və ixracı obyektlərinin inkişafı üçün niyyət məktubu imzalayıblar.

“Seanews.az” xəbər verir ki, sadalanan şirkətlərin konsorsiumu ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrinin yaradılması zəncirinin qurulması çərçivəsində Misirdə gəmiçilik sənayesi üçün aşağı karbonlu yanacaq istehsal etmək niyyətindədir.

Məhsullar IMO-nun ciddi tələbləri olan bölgələrdə fəaliyyət göstərən gəmilərin yanacaq təchizatı üçün istifadə olunacaq.

Ərazidə belə bir obyektin yaradılması yaşıl metanolla işləyən gəmilər sifariş etmiş xətti gəmiçilik şirkətlərini yanacaqla təmin edəcək.  Bu, həmçinin “AD Ports Group”-un təmiz maye yanacaqla bağlı ümumi strategiyasına uyğundur.

Gəmiçilik bazarı ekspertlərinin fikrincə, 2026-cı ildən metanolla işləyən 100-dən çox gəmi istismara veriləcək. Bu da təxminən 1 milyon ton belə yanacağın əlavə təchizatına ehtiyac yaradacaq. Artıq verilmiş sifarişlərə görə, dünyada metanolla işləyən gəmilərin sayı 2%-dən 14%-ə qədər artacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır