Hamina-Kotka limanının yük dövriyyəsi təxminən 17% azalıb
2024-cü ilin yanvar-may aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,8% azalaraq 5,56 milyon ton olub.
“Seanews.az” xəbər verir ki, ixrac üçün yüklərin aşırılması 16% azalaraq 3,6 milyon ton, idxal yüklərinin aşırılması 18,4% azalaraq 1,96 milyon ton təşkil edib.
Tranzit daşıma 30% azalaraq 1,07 milyon tona, kabotaj yüklərin aşırılması 20,9% azalaraq 91,58 min tona düşüb.
Limanın konteyner dövriyyəsi 10,6% azalaraq 231,72 min TEU təşkil edib.
2024-cü ilin yanvar-may aylarında limana 891 gəmi yan alıb ki, bu da 14,3% az deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır