Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-19,
Seanews
Heyder Eliyev

Yantzı çayının müxtəlif hissələrində suyun səviyyəsi təhlükəli həddi keçib

Çin ərazisində ən uzun çay olan Yantzının müxtəlif hissələrində suyun səviyyəsi təhlükəli həddi keçib.

AZƏRTAC xəbər verir ki, son günlər yağan şiddətli yağışlar səbəbindən Yantzı çayının Hubey əyalətindən keçən hissəsində suyun səviyyəsi 27,3 metrə çatıb. Qarşıdakı günlərdə yağışların davam edəcəyi, nəticədə çayda suyun səviyyəsinin daha da qalxması, yaşayış məntəqələrini və əkin sahələrini su basması ehtimalı yüksəkdir. Bu səbəbdən çay kənarındakı bəndlərə nəzarət üçün 14 mindən çox adam cəlb olunub.

Yantzı çayının Anhuy əyalətindən keçən hissəsində isə suyun səviyyəsi təhlükəli həddi 40 santimetr aşıb. Çinin Su Ehtiyatları Nazirliyi Yantzı çayındakı vəziyyətlə əlaqədar il ərzində ilk dəfə “1 nömrəli daşqın xəbərdarlığı” elan edib. Əyalətdə 811 min sakin şiddətli yağışların fəsadlarına məruz qalıb, 195 min nəfər təxliyə edilib.

Hunan əyalətindəki Miluo çayında isə suyun səviyyəsi təhlükəli həddi 7,13 metr aşaraq 77,63 metrə çatıb. Bu, 1954-cü ildən bəri ən yüksək göstəricidir. Təkcə Miluo çayının Yüeyan şəhərindən keçən hissəsində suyun səviyyəsi 48 saat ərzində 9,5 metr yüksəlib. Şəhərin tabeliyindəki Pincian qəzasında sel və daşqın qeydə alınıb, 15 mindən çox sakin təxliyə edilib. Evlərə, infrastruktura, şəxsi əmlaka, əkin sahələrinə xeyli ziyan dəyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır