Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

“Beril” qasırğası Texas sahillərinə yaxınlaşıb

Karib dənizində yaranmış “Beril” qasırğası yerli vaxtla bazar ertəsi səhər saatlarında ABŞ sahillərinə yaxınlaşıb.

AZƏRTAC xəbər verir ki, Texas ştatının Mataqorda ərazisində küləyin sürəti saatda 138 kilometr olub. Qasırğa nəticəsində bölgədə leysan yağışı, tufan və şiddətli külək hökm sürüb. Qasırğa zamanı ağacın aşması nəticəsində bir nəfər həyatını itirib. Bölgədə iki milyondan çox insan elektrik enerjisiz qalıb.

Milli Qasırğa Mərkəzinin yaydığı məlumata görə, sahil boyu dağıdıcı zərər vuran qasırğa ştatın içərisinə doğru irəliləyir.

Xatırladaq ki, “Beril” qasırğası iyunun 29-da Atlantik okeanında formalaşıb və Saffir-Simson qasırğa şkalasına əsasən 4-cü kateqoriyaya yüksəlib. Karib dənizindəki ada dövlətlərində, Venesuelada hökm sürən qasırğa azı 11 nəfərin həyatına son qoyub. Hazırda qasırğanın sürəti 1-ci kateqoriyaya düşüb. Bu, qasırğa üçün ən aşağı kateqoriya sayılsa da, tropik fırtınadan güclü hesab olunur. “Beril” bölgədə ən erkən başlayan qasırğa kimi qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır