Şanxayın kruiz limanlarında fəallıq müşahidə olunur
Beynəlxalq kruiz gəmiləri bu ilin birinci yarısında Şanxay kruiz limanlarına 180-dən çox giriş-çıxış edib. Gəmilərlə 840 mindən çox adam daşınıb.
“Seanews.az” xəbər verir ki, bu barədə məlumatı Şanxay Baş Sərhəd Nəzarəti Stansiyası açıqlayıb.
Məlumatda o da qeyd olunub ki, bu ilin ilk altı ayında Şanxay kruiz limanları vasitəsilə sərhədi keçən xarici turistlərin sayı 45 min nəfərdən çox olub. Onlardan 18 mini Çinə daxil olmaq üçün müxtəlif vizasız siyasətlərdən yararlanıb.
İyunun 28-də Şanxayda yerləşən “Wusongkou” Beynəlxalq Kruiz Terminalındakı nəzarət-buraxılış məntəqəsindən 25 mindən çox şəxs istifadə edib. Bu da cari ilin əvvəlindən bəri gündəlik qeydə alınan ən yüksək göstəricidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır