Kapitanın köməkçisinin yuxulaması gəminin saya oturması ilə nəticələnib
Panama bayrağı altında üzən “Volgo Balt 213” kargo gəmisi ötən gün Bursanın Mudanya vilayətində saya oturub.
"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb, lakin gəminin uc hissəsinə ziyan dəyib.
İlkin ehtimala görə, qəza kapitanın üçüncü köməkçisinin yuxulaması səbəbindən baş verib.
Hazırda gəminin xilasedilməsi istiqamətində tədbirlər həyata keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır