Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-07,
Seanews
Heyder Eliyev

İngiltərədə nüvə sualtı tərsanəsində yanğın olub - VİDEO

İngiltərənin Barrov-in-Furnes qəsəbəsində yerləşən hava və müdafiə sənayesi şirkəti “BAE Systems”ə aid nüvə dənizaltı tərsanəsində yanğın olub.

“Seanews.az” xəbər verir ki, hadisə nəticəsində iki nəfər tüstüdən təsirlənmə səbəbindən xəstəxanaya yerləşdirilib.

Yanğın tamamilə söndürülüb.

Hadisənin dəqiq səbəbləri hələlik açıqlanmayıb. Bununla əlaqədar araşdırmalara başlanılıb.

Qeyd edək ki, tərsanədə hazırda Kral Donanmasındakı “Vanguard” sualtı qayıqlarının əvəzləməsi məqsədilə dörd ədəd “Dreadnought” sinifli nüvə sualtı qayığı inşa edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır