Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

“HMM” yeni gəmilərin inşası və liman obyektlərinin genişləndirilməsinə 17,5 milyard dollardan çox sərmayə qoyacaq

Cənubi Koreyanın nəqliyyat, logistika və gəmiçilik şirkəti olan “HMM” biznes göstəricilərinin artımını təmin etmək üçün inkişaf strategiyası hazırlayır.

“Seanews.az” xəbər verir ki, “HMM” 2030-cu ilə qədər 17,5 milyard dollardan (23,5 trilyon von) çox investisiya yatırmaq niyyətindədir.

Ayrılan vəsait müxtəlif biznes seqmentlərinin inkişafına yönəldiləcək. Beləliklə, şirkət ümumi tutumu 1,55 milyon TEU olan mövcud konteyner donanmasının (130 gəmi) səmərəli fəaliyyətini təmin etmək üçün təxminən 8,1 milyard dollar investisiya etmək niyyətindədir. “HMM” 2030-cu ilə qədər 70 "yaşıl" gəmi əldə etməyi planlaşdırır.

Toplu və maye yüklər donanmasında gəmilərin sayı 36-dan 110-a çatdırılmalıdır. Bu məqsəd üçün 4,1 milyard dollara yaxın vəsait ayrılacaq.

Gəmiçilik və logistika infrastrukturunun yaxşılaşdırılmasına 3 milyard dollardan çox vəsait xərclənəcək. Bundan əlavə, “HMM” konteyner terminalları şəbəkəsini genişləndirmək niyyətindədir.

Qeyd edək ki, inteqrasiya olunmuş nəqliyyat, logistika və gəmiçilik şirkəti olan  “HMM”-in gəmiləri 50-dən çox marşruta xidmət edir və dünyanın 100-dən çox limanına yan alır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır