mal dənizində neft platformasında yanğın baş v
Şimal dənizində Norveçin “Equinor” neft-qaz şirkətinin işlətdiyi “Snorre B” neft hasilatı platformasında yanğın baş verib. Norveçin cənub xilasetmə xidmətlərinin əlaqələndirmə mərkəzindən verilən məlumata görə, platformadan alov və tüstü çıxmağa başlayanda işlər dayandırılıb: “Görünür, vəziyyəti nəzarətə almaq mümkün olur”. “Reuters” “Equinor” şirkətinin nümayəndəsinə istinadən xəbər verir ki, yanğın başlayan vaxt platformada iş olmayıb, hələ mart ayında təmir üçün hasilat dayandırılıb. Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır