Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Hindistanda gəmi çevrilib

Hindistanda gəminin çevrilməsi nəticəsində azı 7 nəfər həlak olub.

Bu barədə "Times of India" qəzeti məlumat yayıb.

Yerli hakimiyyət orqanlarına istinadən yayılan məlumata görə, hadisə Qərbi Benqal ştatındakı Çançal şəhərində, Mahananda çayında baş verib. Hadisə zamanı 50-dən çox insan itkin düşüb.

"Hazırda 7 nəfərin meyiti tapılıb. Əllidən çox insan itkin düşüb", deyə ştatın qanunverici orqanının üzvlərindən biri bildirib.

Qeyd edilir ki, qəza zamanı gəmidə 70-dən çox insan olub. İlkin məlumata görə, qəzaya gəminin sərnişinlərlə normadan artıq doldurulması səbəb olub.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. 

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır