Rusiyada dünyada analoqu olmayan gəmi inşa edilir
Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı, admiral Nikolay Yevmenov uzaq dəniz zonası üçün bir neçə çoxməqsədli freqat və böyük desant gəmiləri, həmçinin, dünyada analoqu olmayan minadan müdafiə gəmiləri inşa edildiyini söyləyib.
Admiral bu barədə Rusiya Silahlı Qüvvələrinin “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə bildirib ki, böyük desant gəmiləri və çoxməqsədli freqatlar Baltik dənizi sahilində yerləşən “Yantar” gəmiqayırma zavodunda inşa olunur. O deyib: “Orta-Neva” gəmiqayırma zavodunda isə dünyada analoqu olmayan ən yeni minadan müdafiə gəmiləri hazırlanır”.
Admiral qeyd edib ki, bu gəmilər gücünün daha çox olması, manevr qabiliyyəti və salamat qalması ilə xarakterizə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır