Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Uşaqların bayramı gəmi-muzeydə faydalı və əyləncəli tədbirlərlə qeyd ediləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində 1 İyun – Beynəlxalq Uşaqları Müdafiə Günü qeyd ediləcək. Həmin gün muzeyə azyaşlıların girişi tamamilə ödənişsiz olacaq.

Bayramla əlaqədar gəmi-muzeydə müxtəlif maarifləndirici və əyləncəli tədbirlər, ekskursiyalar təşkil ediləcək. Muzeyin balaca ziyarətçiləri elə həmyaşıdlarının Xəzər dənizində yelkənli idman növündə yarışını da izləyə biləcəklər.

Həmçinin Əməkdar artist Bəhram Bağırzadə gəmi-muzeydə uşaqlarla görüşərək, onlara imzalı kitablar hədiyyə edəcək.

ASCO-nun təşəbbüsü ilə “Suraxanı” gəmi-muzeyinin eksponatları əsasında tərtib olunmuş “Dənizçilik əlifbası” kitabının ingilis dili variantının, eyni zamanda gəmiçilik mövzusunda hazırlanmış “puzzle”nin də 1 iyunda təqdimatı olacaq.

Bir sözlə, əziz valideynlər, uşaqlarınızın faydalı və maraqlı gün keçirməyini istəyirsinizsə, tərəddüd etmədən onları 1 iyunda dünyanın ilk tanker-muzeyinə gətirə bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır