Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

N xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək. Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. “Seanews.az” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb. Azərbaycanın rayonlarında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək hava şəraitinin qeyri-sabit  keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır