Üzən qurğu Egey dənizində fəaliyyət göstərəcək
Sinqapurun “Keppel” gəmiqayırma zavodu Yunanıstanın maraqları üçün tutumu 155 min kubmetr olan “Gaslog Chelsea” LNG tankerini üzən reqazifikasiya qurğusuna (FSRU) çevirmək məqsədi ilə yenidən quracaq.
“Offshore Energy “şirkətinin məlumatına görə, bu, Yunanıstanda ilk FSRU olacaq. O, "Alexandroupolis" adlanacaq.
Üzən qurğunun bu ilin sonunda fəaliyyətə başlaması və 28 km uzunluğunda boru kəməri vasitəsilə Yunanıstanın Milli Təbii Qaz Nəqliyyatı Sisteminə inteqrasiya olunması planlaşdırılır.
“FSRU Alexandroupolis”-in gücü ildə 8 milyard kubmetr olacaq. Üzən qurğu Egey dənizində fəaliyyət göstərəcək.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır