Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-21,
Seanews
Heyder Eliyev

Hidrogenlə işləyən ilk gəmi suya salınıb

Çjunşan şəhərində (Cənubi Çinin Quandun əyaləti) Çinin hidrogen mühərrikli “Sanxia Qingzhou-1” adlı ilk gəmisi suya buraxılıb.

“Seanews.az” xəbər verir ki,  “Sanxia Qingzhou-1” gəmisi hidrogen yanacaq elementi və litium batareya enerji sistemi ilə təchiz edilib. Gəmidən su anbarı ərazisində rabitə, patrul, fövqəladə hallar və digər işlərdə istifadə olunacaq.

Gəminin hidrogen yanacaq elementi 500 kVt nominal gücə malikdir. Maksimal sürəti 28 km/saat olan "Sanxia Qingzhou-1" aşağı enerji istehlak edən və az səs-küylü "təmiz" gəmilərdəndir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır