Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Gəmiqayırma sənayesi işçi çatışmazlığını aradan qaldırmaq üçün robotlardan yararlanır

Cənubi Koreyanın gəmiqayırma sənayesi işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq və qəzaların qarşısını almaq üçün robotlardan istifadə edir. “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) iş şəraitini və məhsuldarlığı yaxşılaşdıra biləcək qaynaq robotu hazırlayıb.

“Seanews.az” xəbər verir ki, robot çəkisi 30 kq-dan çox olan qaynaq aparatını əvəz edib.

Hələ 1987-ci ildə istehsalın avtomatlaşdırılması sahəsində araşdırmalara başlayan “HD Hyundai” şirkəti kiçik hissələri avtomatik tanıya bilən aparatlar da daxil olmaqla, 100-ə yaxın müxtəlif növ robotlar hazırlayıb. Avtomatik komplekslərin tətbiqi məhsuldarlığın və işin keyfiyyətinin yüksəlməsinə kömək edir.

2018-ci ildə “Hyundai Heavy Industries” (“HHI”) sənayedə ilk dəfə kollaborativ robotlarını təqdim etdi. Belə robotlar insanlarla yanaşı işləyə bilir, çünki maneələrlə toqquşma təhlükəsini aşkar edən funksiyalarla təchiz olunub. Təkmilləşdirilmək yolu ilə çəkisi yarıdan çox azaldılan, daşınması asanlaşdırılan robot mürəkkəb şaquli və üfüqi qaynaq işlərini yerinə yetirmək iqtidarındadır.

2022-ci ilin oktyabında “Hyundai Samho Heavy Industries” şirkəti “Hyundai Robotics” ilə birlikdə robotlardan istifadə edərək quraşdırma və qaynaq prosesinin tam avtomatlaşdırılması istiqamətində ilk addımı atdı. Altı sənaye robotu eyni vaxtda qaynaqda iştirak edir və ən müasir təsvirin emalı texnologiyasından istifadə edərək qaynaq xətlərini avtomatik olaraq trayektoriyaya çevirir.

“Samsung Heavy Industries” qaynaq və quraşdırma proseslərində robotlardan istifadə edir. “Geoje” tərsanəsində qaynaq prosesinə robotlar cavabdehdir. Bundan əlavə, robotlardan digər mürəkkəb quraşdırma proseslərində istifadə olunur.

Cənubi Koreyanın gəmiqayırma sənayesinin nümayəndələri hesab edirlər ki, hazırda qaynaq və quraşdırma ilə məhdudlaşan robotların istifadə dairəsi gələcəkdə genişlənəcək. Birgə robotlar çatışmazlıq şəraitində ixtisaslı işçi qüvvəsinə alternativ ola bilər. Robot texnikasının başqa faydası iş yerinin təhlükəsizliyi və istehsalatda bədbəxt hadisələrin baş vermə riskinin azaldılmasıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır