“Rheinmetall” Avstraliyadan MASS gəmi mühafizə sistemi sifarişi alıb
ABŞ-nin müdafiə sənayesi şirkəti “Rheinmetall” Avstraliya Kral Donanmasını “Hobart” sinfinə məxsus esmineslər və ANZAC sinfinə məxsus freqatlarla təchiz etmək üçün MASS gəmi mühafizə sistemi sifarişi alıb.
Ordu.az xəbər verir ki, MASS gəmi və qayıqlardan, gəmi əleyhinə idarə olunan raketlərdən və lazerlə idarə olunan silahlardan çoxsaylı təhdidlərə qarşı müdafiəni təmin edən sistemdir.
Standart versiyada MASS hər biri 32 ədədədək “Omni Trap” “tələ” sursatını atmağa qadir olan altı buraxılış qurğusundan ibarətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır